YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Karbon qazı

Dondurmasatanın yeşiyində gördüyünüz buz parçası yeşiyi soyuq saxlayır, özü də yavaş-yavaş əriyir, onun yalnız həcmi kiçilir. Bu buz adi buz kimi əriyib suya dönmür, heç bir iz qoymadan buxarlanıb qurtarır. Bu, bizim yaxşı tanıdığımız “quru buz”dur. Quru buzdan bir parça qoparıb boş bankaya ataq, buz buxarlandıqdan sonra bu bankanı yanan şamın üstünə çevirək. Bu zaman şam üstünə nə isə tökülürmüş kimi tez sönəcək. Deməli, quru buz “əridikdə” qaz əmələ gəlir və o, bankanı doldurur. Bu qaz havadan ağır olduğu üçün onu bankadan “boşaltmaq” olur. Bu, karbon qazıdır. Kimyaçılar onu karbon 4-oksid də adlandırırlar.


Karbon qazı, CO2 rəngsiz qazdır. -78,3 dərəcə Selsidə donur. Adi təzyiqdə 78,5 dərəcə Selsidə mayeləşərək, birbaşa bərkiyib qara oxşar ağ kütləyə (“quru buz”) çevrilir. Yanğın zamanı yanğınsöndürən aparatdan çıxan köpük axını alovu söndürdüyü zaman karbon qazı da su ilə birgə bu işdə iştirak edir. Eynilə yuxarıdakı təcrübədə olduğu kimi yanğını söndürür. Karbon qazının dadını qazlı su içəndə hiss edirsən. Karbon qazı suda həll olarkən alınan karbonat turşusu bir çox metallarla qarışdıqda xüsusi duzlar əmələ gətirir. Hamının tanıdığı soda – natrium-karbonat bu duzlardan biridir. Karbonat turşusunun digər duzu olan kalsium-karbonata təbiətdə üç növdə və geniş miqdarda rast gəlmək olur. Bunlar tabaşir, əhəngdaşı və mərmərdir. Bu süxurların qalın layları yerin dərinliklərinə gedir, orada yeraltı istilik karbonatları parçalayıb, karbon qazı ayırır. Yer qabığındakı çatlardan və vulkanların ağzından püskürən karbon qazı atmosferə dağılır. Heyvanlar və insanlar nəfəs alıb-verdikləri zaman, yanğında və çürümədə də karbon qazı yaranır. Bu proseslər nəticəsində atmosferə milyard tonlarla karbon qazı yayılır, lakin buna baxmayaraq, o, havada nisbətən az qalır. Bu, hamı üçün çox mühümdür, çünki karbon qazı zəhərlidir. O, havada bir qədər çox qalsa, zəhərlənmə baş verə bilər. Bizi bu faciəli aqibətdən xilas edən yaşıl bitkilərdir. Axı onların əsas qidası karbon qazıdır. Fotosintez adlanan qəribə proses nəticəsində yaşıl yarpaqlar karbon qazını udur. Karbonun atomlarından və digər maddələrdən bitki üçün vacib olan karbohidrat yaranır. Bu bitkilərlə həm heyvanlar, həm də insanlar qidalanır. Deməli, karbon qazı olmadan keçinmək mümkün deyil. O, Yer üzündə həyatın davamı üçün zəruridir.


Mars və Venera planetlərinin atmosferində karbon qazı əsas komponentdir. Karbon qazı qazlı su, pivə və şəkər istehsalında, “quru buz” hazırlanmasında, yanğının söndürülməsində, yanğın cəhətdən təhlükəli materialların daşınmasında və s. işlədilir. Kimya sənayesində soda, karbamid, oksikarbon turşuları və bir çox başqa məhsul istehsalına hər il külli miqdarda karbon qazı sərf olunur.


İnsan və heyvan orqanizmində karbon qazı tənəffüs və qan dövranının tənzimlənməsində iştirak edir. Havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək oksigen “aclığına” səbəb olur; tərkibində 1,5-3 faizli karbon qazı olan hava ilə uzun müddət (bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, havada 6 faizdən çox karbon qazı olduqda isə tənəffüs yavaşıyır, ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır. Belə hallarda zəhərlənmiş adamı təmiz havaya çıxarmaq və süni tənəffüs vermək lazımdır.