YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İydə

Bahar bayramının gəlişi ilə süfrəyə qoyulan xonçalarda uşaqların çox xoşladığı xına rəngli iydə də olur. Siz bu qiymətli bitkinin kollarına və ya ağaclarına bağçada, arxın kənarlarında tez-tez rast gəlirsiniz. Onların hündürlüyü 4-8 metr olur. Budaqları tikanlı, çiçəkləri isə ətirlidir. Yarpaqları gümüşü-boz rəngdədir. Meyvəsi unludur, içərisində zoğal çəyirdəyinə bənzəyən çəyirdəyi var. Arılar onun çiçəyindən topladığı tozcuqlardan ətirli bal düzəldir. İydədən yaşıllaşdırmada və meşə zonası salınmasında, dekorativ (bəzək) bitki kimi geniş istifadə olunur. İydə həm də dərman bitkisidir. Tərkibində aşı maddəsi, efir yağları və kitrə (yapışqan) var. Oduncağından toplanan bu kitrədən texniki məqsədlər üçün istifadə edilir. Oduncağı da qiymətlidir. Onun yarpaqlarında C vitamini çoxdur. İydə bitkisi Asiyada, Cənubi Avropada, Şimali Amerikada, Avstraliyada və keçmiş SSRİ respublikalarında geniş yayılıb. Azərbaycanda iydənin təbii halda iki növü bitir, bir neçə növü isə becərilir.