YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sarı bülbül

Sarı bülbülə gözəl səsinə görə “nəğməkar quş” da deyirlər. Vətəni Kanar adalarıdır, buna görə də sonralar ona Kanarye quşu adı verilmişdir. Sarı bülbülün dişiləri cikkildəyir, amma erkəkləri gözəl səslə oxuyur.

 

Qəfəsdə və ya kiçik dəstələr halında ətrafı ağaclarla əhatəli göl, dərə kimi su kənarlarında yaşayırlar. Parklarda, bağlarda, qəbristanlıqlarda da sarı bülbülə rast gəlmək mümkündür. 

 

Sarı bülbülün yemini müxtəlif bitkilərin dənindən düzəldirlər, onlar göyərti də yeyirlər. Vəhşi sarı bülbüllərin lələkləri rəngbərəng olur.

 

Dişi sarı bülbüllər ağac və ya kolluqlarda gizli yuvalar qururlar. Qəhvəyi rəngdə xalları olan 3-5 ədəd yumurta qoyurlar. İnkubasiya müddəti 14 gündür.