YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kürəkayaqlılar

50 milyon il əvvəl müasir su Samurlarına bənzər məməlilər həyatlarının yarı hissəsini dənizdə, yarı hissəsini isə quruda keçirirdilər. Onların qabaq və arxa əl-ayaqları gödəlib kürəklərə çevrilmişdir. Tədricən vaxtlarının son hissəsini dənizdə keçirməyə başladılar, iriləşib okeanın soyuğundan müdafiə olunmaq üçün qalın piy qatı yaratdılar. 10 milyon il əvvəl onlarda yekəqulaq və qulaqsız suiti, morjlar olan kürəkayaqlılar əmələ gəldi. Hazırda yekəqulaq morjların 14 növü vardır. Onların balaca, ancaq gözəçarpan qulaq seyvanları olur və arxa kürək ayaqlarını çevirərək onların köməyi ilə quruda hərəkət edirlər. Qulaqsız suitilərin isə 19 növü vardır. Onlar arxa kürək ayaqlarını çevirə bilmir, quruda isə kəpənək qurdu kimi hərəkət edirlər.


Kürəkayaqlılar yırtıcıdır. Onlar yengəc, balıq və kalmarlarla qidalanır. Kürəkayaqlılar quruda artır və koloniyalarla yaşayırlar. Bu koloniyalarda minlərlə heyvan olur.