YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Afrika fili

Afrika fili- Saxaranın cənubunda bütün Afrika ərazisində yayılıb. Bədəninin uzunluğu 7.5 m-ə çatır, quyruğunun uzunluğu 1-1.3 m-dir. Qoca erkəklərin çəkisi 7.5 t, hündürlüyü 4 m (orta hesabla erkəklərin çəkisi 5 t, dişilərin isə 3 t olur). Erkəklərin qılıncları dişilərinkinə nisbətən iri-18 kq-a qədərdir. Ən iri qılıncın uzunluğu 3.5.m, çəkisi isə 107 kq-a çatır. Qulaqları böyük- əsas hissədən yuxarıyadək 1.5 m-dir. Xortumunun ucunda ön (dorsal) və arxa (ventral) çıxıntıları vardır. Qabaq ayaqlarında 5, nadir hallarda 4, arxa ayaqlarında isə 3 dırnağı olur. Bədəninin rəngi boz qəhvəyidir. Qabırğalarının sayı 21 cütdür. Bu Hind filininkindən çoxdur. Quyruq fəqərə sümüyünün sayı isə az-maksimum 26-dır.


Fillər nadir hallarda tək yaşayır. Fil sürüsünün sayı 9-12 qoca, cavan və ən kiçik heyvanlardan ibarət olur.


Bir qayda olaraq sürüyə qoca dişi fil başçılıq edir. Ancaq bəzən sürüyə erkək fillər də başçılıq edir ki, bu əsasən miqrasiya dövründə olur. 


Fil sürüsü çox mehriban icmadır. Artım hansısa mövsümlə əlaqədar deyildir. Cütləşmədən öncə erkək və dişi bir müddət sürüdən kənarlaşır.


Hamiləlik 22 ay davam edir. Yeni doğulmuş fil balasının çəkisi 100 kq, boyu 1m, xortumu qısadır, qılıncları olmur. 5 yaşına qədər onun baxıma ehtiyacı olur və sərbəst yaşaya bilmir. Filin həddi-büluğ dövrü 12-20, qocalıq və ölümü isə 60-70 yaşlarında baş verir.


Dişilər adətətən 4 ildən bir balalayır. Böyük fil 100 kq-a qədər ot, təzə kol və ya ağac budaqları yeyir. Yuxarı budaqlara çatmaq üçün fillər ağacları yerə sərir, hərdən kötüklərin qabığını da soyurlar. 


Fillərin gündəlik suya ehtiyacları olur və quraqlıq dövründə onlar qurumuş çaylarda çala açaraq yığılmış suyu içirlər.