YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dırnaqlılar

Yüz milyon il qabaq otyeyən məməlilər düzənlikləri mənimsəməyə başlamışlar. Burada yeganə müdafiə üsulu qaçmaqdır. Daban üstə deyil, barmaqların köməyi ilə qaçmaq asan olduğu üçün, onların bəzi barmaqları tədricən yox olmuş və yaxud kiçilmişdir.


Dırnaqlıların və onların qohumlarının cəmi 210 növü vardır ki, onları da 3 qrupa ayırırlar. Onlardan ən primitivləri-xortumlular, borudişlilər, damanlar və sirenlər (lamantinlər suda yaşamağa alışmış dyuqonlar) dəstəsidir.


Bu heyvanlar bir çox barmaqlarını saxlamışlar. Təkdırnaqlıların hər bir ayağında ya 3 (kərgədan və tapirlərdə), ya bir barmaq (atlarda), cütdırnaqlıların hər bir ayağında isə 4 barmaq (donuz, hippopotam) olur, ancaq adətən onların cəmi ikisi yaxşı inkişaf edir (maral, buğa, qoyun və s.). Dəvələrin cəmi iki barmağı olur.


Bəzi dırnaqlıların, məsəslən dəvə, qoyun və maralın mədəsi çox mürəkkəb qurulub. Bu cür heyvanlar (onlara gövşəyənlər deyirlər) yarımhəzmolunmuş qidanı gəyirib qaytarır və təkrar çeynəyib xırdalayırlar. Buna “saqqız çeynəməsi” deyilir. Sonra qida udulur və mədənin digər bölməsinə (“kitabçaya”) keçir. Burada qidalı maddələr sorulur. Gövşəyənlər ona görə qidanı bu cür diqqətlə xırdalayırlar ki, ondan maksimum qidalı maddələr çıxarsınlar.


Gövşəyənlərin-at, kərgədan və fillərin mədəsi sadə olur. Həzm yüksək inkişaf etmiş kor bağırsaqda davam edir.