YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sayqak

Sayqak-mamontun yaşıdı olan qədim heyvandır. O, quru çöllərdə, yarımsəhra və qismən səhralarda yaşayır. Sayqak ot, dənli bitki, səhra kolcuqları və şibyələrlə qidalanır. Bitkilər kifayət qədər sulu olduqda, sayqak susuz keçinə bilir, ancaq yay gələndə bitki quruyur və ona görə də o sulu yem və su mənbəyi axtarışı ilə uzaq yerlərə səfər etməyə məcbur olur.


Sayqaklar onlarla heyvan olan dəstələrlə gəzir, köç zamanı isə bir neçə minlik sürüyə yığışırlar. Bir həftəlik sayqak balaları anaları ilə bərabər sürülərə qatılıb köçəri həyat tərzi keçirməyə başlayırlar. Çox qədimdən insanlar sayqakları ovlayırdılar, ötən əsrin sonunda isə onların sayı azalmağa başlamışdır. Ancaq sayqakların ovu tamamilə qadağan olunduqdan sonra, onların sayı yenidən artmağa başladı və indi bu növ məhv olmaq təhlükəsi xaricindədir. 


Sayqakların burun hissəsində qısa xortumcuğa oxşayan, ağzının üstündən sallanan və böyük girdə burun deşikləri ilə bitən güclü şişmə vardır. Hava bronx və ciyərlərə çatmamış, xortumcuqdan keçərək təmizlənir, nəmlənir və isinir.


Sayqaklar çox cəld və dözümlü heyvanlardır, saatda 80 km-ə qədər sürətlə hərəkət edə bilirlər.