YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Jonqlyor

Görün bir jonqlyor müxtəlif əşyaları necə də yüngüllüklə, necə də inamla oynadır. Şarlar, şlyapalar və s. yuxarı qalxır və elə bil sehrlənmiş kimi, yenə də onun əlinə düşür. Baxın, barmağın ucunda böyük ala-bəzək top fırlanmağa başlayır, onun üstündə isə başqa kiçik bir top əks istiqamətdə fırlanır. Jonqlyor xalçanın üstündə mayallaq aşır, toplar isə onun başında, çiyinlərində elə diyirlənir ki, sanki onlar bədənə iplə bağlanıblar. O, tarım çəkilməmiş məftil üzərində o tərəf bu tərəfə yellənir və eyni zamanda, bir neçə halqa və toppuzla jonqlyorluq edir. 


Bir görün “müvəffəqiyyətsizliyə uğrayan” jonqlyor necə də gülməlidir! O, özünü elə aparır ki, guya əşya əlindən düşür, lakin son anda o, boşqabı da, su ilə dolu qrafini də tuta bilir. Jonqlyorluq sənəti çox böyük dəqiqlik və çeviklik tələb edir. Hələ atda çapan jonqlyoru demirik! Görün bir necə məharətlə məşəlləri atıb-tutur. Jonqlyorun məharəti böyük zəhmət bahasına başa gəlir. O, tamaşa zamanı cəmi 10-15 dəqiqə çəkən bir nömrə üçün hər gün 5-6 saat inadla məşq etməli olur.