YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çobanaldadanlar

Çobanaldadanlar-(bayquşlardan başqa) gecə həyat tərzi keçirən yeganə quş dəstəsidir. Onların uçuşu səssiz və manevrlidir. Zəif və qısa ayaqlarına görə isə quruda çox pis hərəkət edirlər. Çobanaldadanların əksəriyyəti tropik en dairələrində yaşayır, 3 növünə isə Rusiyada rast gəlmək olar.


Bu kifayət qədər iri çobanaldadan Cənubi Amerikanın tropik dağ meşələrində və bəzi sahilyanı adalarda yaşayır. Başqa çobanaldadanlardan fərqli olaraq, quaxarolar bitki ilə qidalanırlar. Onlar ancaq gecələr meşə üzərindən uçur, elə göydəcə müxtəlif meyvələri qopararaq qidalanırlar. Yemi tapmaq üçün isə onlara çox yaxşı inkişaf etmiş görmə və iybilmə qabiliyyətləri kömək edir. Quaxarolar günlərini mağarada keçirib, orada da yuva salırlar. Onlar tam qaranlıq şəraitdə, yarasalar kimi, exolokasiyanın köməyi ilə istiqamətlərini müəyyən edirlər. 


Bu quşların rəngi o qədər ağac oyuğuna bənzəyir ki, gündüz hərəkətsiz durmuş quş görünməz olur.


Adi çobanaldadan seyrək meşələrdə və yaxud meşə kənarlarında yaşayır. Çobanaldadanlar ancaq alaqaranlıqda ov gedir, gündüzlər isə yerdə və ya ağac budağında gizlənirlər.


Adi çobanaldadanın bir qəribə xüsusiyyəti vardır-havanın temperaturu kəskin aşağı düşdükdə  onda qısamüddətli donma baş verir. Bu cür donma vəziyyəti, adətən, 85 günə qədər davam edir, quşun bədəninin hərarəti isə 18° dərəcəyədək enir.


Quaxarolar öz balalarını bitki yağları bol olan meyvələrlə qidalandırırlar. Odur ki, balaları bədən çəkilərinin 1/3-ni yağ ehtiyatı ilə doldurmuş olurlar. Qədimdə cənubi amerikalı hindlilər bu quş balalarını yığıb, piylərini qida üçün istifadə edirdilər.