YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Viner Norbert

Norbert Viner 26 noyabr 1894-cü ildə Kolumbiya şəhərciyində (Missuri ştatı, ABŞ) anadan olub. Atası poliqlot, slavist(slavyan filologiyası mütəxəssisi), ədəbiyyat bilicisi, tərcüməçi idi. Viner kiçik yaşlarından qədim dilləri, təbiət elmlərini öyrənir, çox mütaliə edirdi. O, fövqəladə istedada malik idi: orta məktəbi 11, ali məktəbi isə 14 yaşında bitirmişdi (onda elmlər bakalavrı dərəcəsini almışdı). 

 
Müharibə illərində Viner Prinstonda riyaziyyatçılarla yanaşı neyrofizioloqların, hesablanma texnikası və rabitə nəzəriyyəsi üzrə mütəxəssislərin də iştirak etdiyi seminar təşkil edib. Bu seminar, faktiki olaraq, sonralar “kibernetika” adını almış elmi istiqamətin başlanğıcı olub. 
 
 
SSRİ-də kibernetika ideyaları həddən artıq mənfi qarşılanıb.
 
 
Lakin artıq 1958-ci ildə Norbert Vinerin hər iki kitabı- “Kibernetika, yaxud Heyvan və maşında idarəetmə və əlaqə” və “Kibernetika və cəmiyyət”rus dilində dərc olunur. 
 
 
Viner ömrünün son illərində öz ideyalarını təbliğ edərək çoxlu səyahət edir. Moskvada da olmuş, orada riyaziyyatçı, biokimyaçı və psixoloqlarla görüşüb, Politexnik muzeyində məruzə ilə çıxış edib.
 
 
Viner 19 mart 1964-cü ildə vəfat edib.