YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Rostropoviç Mstislav

Mstislav  Rostropoviç 1927-ci il martın 27-də Bakı şəhərində anadan olub.  Violonçel ifaçısı, pianoçu və dirijor, ictimai xadim, pedaqoq, SSRİ-nin xalq artisti (1966), “Qremmi” mükafatının beşqat laureatı Rostropoviç 1945-ci ildə Moskvada musiqi ifaçılarının III Ümumrusiya müsabiqəsinin qalibi olaraq violonçel ifaçısı kimi şöhrət qazanıb.


Rostropoviçin violonçel ustası kimi repertuarına klassik bəstələrlə yanaşı şəxsən onun üçün yazılmış 140-dan artıq müasir əsər də daxildir.


2002-ci ildə Londonun “The Times” qəzeti Rostropoviçi “hazırda yaşayan ən dahi musiqiçi” adlandırıb.


Rostropoviç xeyriyyəçilik fəaliyyəti ilə də məşhurdur. O, Rusiyanın uşaq müalicə müəssisələrinə yardım göstərən Vişnevski-Rostropoviç Xeyriyyə Fondunun prezidenti olub.
 
O, 2007-ci il aprelin 27-də Moskvada vəfat edib.