YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qaqarlar

Bu dəstəyə əsil su quşları aiddir. Bədənləri uzunsovdur, sıx və bərk lələkləri isə bədənlərini suda soyumaqdan qoruyur.


Qaqarlar çox gözəl quşlardır, ancaq onların səsləri olduqca qəmlidir.


Bu quşların ayaqları xeyli arxada yerləşdiyinə görə, qaqarlar, demək olar ki, yeriyə bilmir, ayaqlarını çəkərək sürünürlər. Qaqarlar ayaqlarını fəal işlədərək, cəld üzür və suya çox gözəl baş vururlar. Onlar balıqla qidalanır, onu uzun, iti dimdikləri ilə məharətlə tuturlar.


Qaqarlar bütün həyatlarını dənizdə keçirir, yuvalarını şirin sulu dənizlərin kənarlarında tikirlər. Onların yuvaları sahil yanında suyun səviyyəsində yerləşir. Yuvadan suya qədər vərdələnmiş yamac gedir. Və təhlükə zamanı qaqar bu yamacdan sürüşüb sakitcə suya baş vurur. Qaqarların yuvasında, adətən iki yumurta olur və hər iki valideyn növbə ilə kürt yatırlar.