YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Cild

Cild- içərisinə kitab bloku yerləşdirilən möhkəm karton, parça, kağız polimer və digər cild materiallarından hazırlanan üzlükdür.

 

İlk kitab cildlərinə eramızın I əsrində Avropada perqamentə yazılmış kitablarda təsadüf edilir. Cild qabığının növünə, bərkidilməsi, möhkəmləndirilməsi və bloka birləşdirilməsi üsullarına görə bir neçə tip cilddən istifadə edilir. Cild qabığı əsasən üç cür: bütöv cild – bütöv materialdan hazırlanır; bütöv örtülmüş cild – iki karton zolağının arsına qalın kağız zolağı yapışdırılıb, üzərinə bir material və ya kağızdan üz çəkilir; quraşdırma cild – iki karton zolağının və kitabın kötüyü ilə birlikdə qalın kağız parçasının üzəri ayrı-ayrılıqda müxtəlif materialla örtülür.