YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nauru

Nauru - Dünyanın ən kiçik paytaxtsız müstəqil respublikasıdır.

 

Sakit okeanın qərbində, Mikroneziyanın cənubunda yerləşən ada dövlətin (Şərqində Yeni Qvineya yerləşir, Ekvatorun və Marşall adalarının cənubundadır) sahəsi 21,3 km²-dir.
 
 
Əhalisinin sayı 13 528 nəfərdir. Müstəqilliyi 1968-ci ildə elan edilib. 
 
 
Nauru Respublikasında rəsmi bir paytaxt və ya şəhər yoxdur, sadəcə müəyyən bölgələr var.
 
 
Nauru dünyada ən kiçik müstəqil respublikası və ən kiçik ada dövlətidir. Köhnədən Pleasant Adası olaraq tanınıb.
 
 
Adanın daxilində azca duzlu şirinsulu göl vardır (Buada gölü). 
 
 
Naurunun mərkəzində quş tullantılarından ibarət Guano ehtiyatları var. Bu ehtiyatlar fosfat və kalium baxımından zəngindir. Adanın iqtisadi qaynaqları az qala hamısı kimyəvi maddələrdən ibarətdir. Buradan gələn gəlir səhiyyə və təhsil xərclərində istifadə edilir. Lakin Guano tükənmək təhlükəsi ilə üz-üzədir.