YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ütü

Ütünün icadı XVII-ci əsrin əvvəllərinə dayanır. İlk başlarda geyimləri düzləştirmək üçün isidilmiş ağır və yastı daşlardan istifadə olunurdu. Daha sonra saplı düz dəmir parçalar odda isidilərək ütü əvəzi istifadə olmağa başlanıldı. Keçmişdə Romada ütü yerinə çəkicə bənzəyən alətlərdən istifadə edirdilər. Yunanlar isə silindrdən, vikinglər isə tərs dönmüş göbələk formasında qızdırılmış dəmirdən istifadə edirdilər. 

 
XVIII-ci əsrin ortalarında içində isti kömür ilə işləyən ütülər icad edildi.
 
O dövrün bütün ütüləri ağır çəkiləri ilə bir-birindən fərqlənirdilər. Bəzi dəmir ütülərin çəkisi məhz 10 kiloqram olurdu. 
 
Daha sonra buxar, qaz və hətta spirtlə işləyən ütülər icad edildi.
 
 
1882-ci ildə Amerikalı Henri Sili elektrikli ütünü icad etdi. 
 
 
1905-ci ildə isə ilk dəfə son dərəcə yüngül elektrikli ütü satışa buraxıldı.