YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şuman Robert

Alman bəstəkarı və musiqi tənqidçisi Robert Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi məşhurdur. O, 1810-cu ildə anadan olub.

 

Robert Şumanın “musiqi ilə şəkil çəkmək” kimi qeyri-adi istedadı olub. Uşaq yaşlarında  royalın dilləri ilə bu və ya digər tanışını təsvir edərək dostlarını şənləndirərmiş. Elə oxşadarmış ki, hətta musiqi duyumu zəif olan uşaqlar da dərhal  çalınan melodiyada konkret insanın obrazını görərmişlər. 

 

Gələcək bəstəkar anasının təkidi ilə (Robert atasını tez itirib) Leypsiq Universitetinin  hüquq fakültəsinə daxil olur. Lakin hüquq kitabları üzərində baş sındırmaq əvəzinə musiqi aləminə baş vurur. O, dövrünün ən yaxşı fortepiano müəllimi Fridrix Vikdən dərs almağa başlayır. Müəyyən müddət keçəndən sonra bütün cəsarətini toplayıb anasına yazır: “Mən özümü sənətə sərf edirəm. Mən bunu istəyirəm, bacarıram  və bunu etməliyəm”. 

 

F.Vik ilə məşğələlər müvəffəqiyyətlə davam edir və artıq üfüqdə böyük pianoçu karyerası parlamaga başlayır. Amma sən saydığını say, gör fələk nə sayır. Taleyin qəribə gərdişi onun bu arzularını ürəyində qoyur. Şuman barmağını ciddi şəkildə zədələyir və virtuoz pianoçu olmaq xəyalları ilə vidalaşmaq məcburiyyətində qalır. 


 
Bundan sonra onun bəstəkarlığın sirlərini öyrənməkdən başqa çarəsi qalmır. Şuman əvvəllər fortepiano təmrinlərini öyrəndiyi kimi, indi də böyük şövqlə bu işə girişir. O, 1834-1835-ci illərdə “Karnaval” fortepiano silsiləsini yazır. Bu əsərdə özünü tamamilə püxtələşmiş bəstəkar kimi göstərir. Əsər üzərində işləyən bəstəkar etiraf edir: “Məndə elə hiss var ki, sanki musiqi haqqında düşüncələrin güclü axınına davam gətirməyəcəyəm”. 

 

Şumanı musiqi ilə bağlı hər şey maraqlandırır. O, müəllimi F.Vik  və bəzi digər musiqiçilərlə birlikdə “Yeni musiqi qəzeti” təsis edir, 10 il ərzində bu qəzetin  həm redaktoru, həm də tənqidi məqalələrin müəllifi olur.

 

1854-cü il fevralın 7-də Reyn çayında sərnişin daşıyan qayıqçılar bir nəfərin körpüdən  suya atıldığını görürlər. Yardımına tələsib kişini sudan çıxarırlar. Həmin adam xəstəliyin taqətdən saldığı Robert Şuman idi. Ruhi xəstələr üçün müalicəxanada iki il müalicə olunan bəstəkar 1856-cı il iyulun 29-da  Bonn şəhərinin yaxınlığında, Endenihada vəfat edir.