YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çistikkimilər

Çistikkimilər-qağayılar kimi, çovdarkimilər dəstəsinə aid edilən dəniz quşlarıdır. Bu quşlar hətta su altında belə yaxşı uçurlar. İş burasındadır ki, onlar qanadlarının köməyi ilə su altında üzərək, dəqiqədə 15-20 qanad çalırlar. Bəzi çistikkimilər, məsələn, kayralar (Şimal dəniz quşu) demək olar ki, gəzə bilmirlər.


Çistikkimilərə məşhur qanadsız qaqarka (Qütb dəniz quşu) da daxildir. Bu növün kökü XIX əsrin ortalarında insanlar tərəfindən kəsilmişdir. Bir vaxtlar qanadsız qaqarka qayalıq sahillərdə və Atlantikanın şimal hissəsindəki adalarda çox geniş yayılmışdır. Çox qədim zamanlardan insanların bu quşları ovlaması və yumurtalarını yığması nəticəsində XVIII əsrin sonlarında onların sayı kəskin azalır. 1844-cü ildə İslandiya sahillərində sonuncu qanadsız qaqarka cütü öldürülmüşdür..


Hündürlüyü 75 sm olan bu quş, uçma qabiliyyətini demək olar ki, tamamilə itirmişdir.


Böyük sar quşunun 16 kub. sm tutumunda boğaz hissəsi vardır. O, balalarına yemini həmin kisəyə yığaraq gətirir.


Sakit okeanın şimal hissəsində 3 növdə sar quşuna rast gəlmək olar-böyük, kiçik və ən xırda sar quşu (çəkisi cəmi 90 q).


Bu quşlar da dəniz sahillərinin qayalarında koloniyalarla yuva qururlar. 


Tupiklər Atlantikanın şimal və orta enlərində, Şimal Buzlu okeanda yaşayırlar. Bu quşlar yeraltı koloniyalarla məskunlaşırlar. Tupiklər pəncə və dimdikləri ilə yuvanı qazıb öz yeganə yumurtasını oraya qoyurlar. Balıqla qidalanır, balalarını da onunla yemləyirlər.

.
Tupik öz yuvasına dimdiyində qeyri-adi bığlar kimi sallanan 10-15 xırda balıq gətirə bilir.


Çistikkimi quşların əksəriyyəti böyük koloniyalarla yuva qururlar. Dəniz sahillərindəki məşhur quş bazalarını əsasən kayralar təşkil edir. Bundan başqa, quş bazalarında digər çistikkimi quşlar və çimər qağayılar da yaşayır.


Kayralar qayalarda yuva qururlar. Bununla belə onlar heç bir yuva qurmadan, yumurtanı kiçicik bir tinə qoyur. Yumurta armudvari olduğundan oradan sürüşüb düşmür. Kayra balası bu tində 2-3 həftə oturduqdan sonra 40-50 m hündürlükdən dənizə atılır.