YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qırğıkimilər

Yastı baş quruluşu, güclü dimdik, iti, uzun caynaqlı qüvvətli pəncələr, enli, uzun qanadlar-qartala məxsus bütün bu xüsusiyyətlər berkutda özünü daha parlaq biruzə verir. Onun qəniməti göyərçin, durna, dələ, tülkü ölçüsündə olan heyvan və quşlardır. O, ovu da müxtəlif cür edir: gah buludların altında süzərək öz qurbanına baxır, gah da dağların yamacı boyunca alçaqdan uçaraq qənimətinə birdən hücum çəkir. 


İnsanlar berkutun ovçuluq məharətini qiymətləndirərək, qədimdən ondan ov quşu kimi istifadə etmişlər.


Böyük podorlik bataqlaşmış meşələrdə yuva tikir, kiçik isə bir az quru yerlər seçir, ancaq hər ikisi su yaxınlığında-bataqlıqlarda, nəm çəmənlərdə, çaylaqlarda ov edir. Böyük podorlikin ən arzulanan qəniməti su siçovulları və su kənarlarında yaşayan və pis uçan quşlar, kiçiyinki isə qurbağalardır.


Berkut- qartallar içərisində ən irisi, ən gözəli, ən cəldidir. Qanadının uzunluğu 2 m-dən artıqdır. Berkut dağlarda yaşayır, qayalıqların tinində yuva tikir, düzənliklərdə isə öz nəhəng yuvalarını (diametri 2 m-ə yaxın) ağaclarda tikir.


Verro qartalı Afrikada yaşayır. Ölçüsü berkut qədər olan bu quş da çox gözəldir. Kömür kimi qara rəngi, çiyinləri və quyruğunun orta hissəsində ağ ləkələri var. Bu qartal öz yuvasını çox vaxt yüksək qayalarda qurur. Onun qəniməti kifayət qədər iri heyvanlardır. O, balaca antilopu da ovlaya bilir.


Çöl qartalı nəinki çöl üzərindən süzərək, hətta piyada qovaraq məharətlə tutduğu sünbülqıranlarla qidalanır.


Çöl qartalı öz adını tamamilə doğruldur. O, doğrudan da şumlanmamış xam çöllərdə yaşayır. Böyük, dayaz yuvalarını düz yerdə, bəzən isə alçaq, kiçik kolda yaxud ot tayasında tikir. Düzdə inşaat materialı az olduğundan qartallar yuvalarına çox vaxt insan tərəfindən tullanmış əski parçaları və başqa tullantılar gətirirlər.


Qartalların ən kiçiyi cırtdan qartal adlanır. Ölçüsü qarğadan bir az böyük olsa da, görkəmi qartal görkəmidir. Bu quşlar çox gözəldirlər. Onlarda rəng morfizmi adlanan maraqlı xüsusiyyət xasdır: yuvadakı iki quşdan biri qara-qəhvəyi, digəri isə yuxarıdan açıq boz rəngli, aşağıdan isə ağ rəngli ola bilər.


Cırtdan qartallar sıxyarpaqlı cənub meşələrində yaşayırlar. Öz qənimətlərini- quş və balaca heyvanları tək meşədən deyil, qonşu çöl və düzlərdən tuturlar.