YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kinabalu

Kinabalu (Malayziya dilində «Taman Kinabalu») 1964-cü ildə yaradılan Malaziyanın ilk milli parklarından biridir. Park 2000-ci ildə YUNESKO-nun "dünya irsi siyahısı"na salınıb. Park Şərqi Malayziyada Sabah ştatının qərb sahilində yerləşir. Boreneo adasının ən yüksək dağı olan "Mount Kinabalu"nun adını daşıyan milli parkın ərazisi 754 kvadrat kilometri əhatə edir. Park Kinabalu dağı ilə əhatə olunub. Bu dağ 4095 metr yüksəkliklə Kalimantan adasında ən hündür dağdır.


Kinabalu parkı Sabah ştatının qərb sahilində Kroker silsiləsində yerləşir. Bu park Qərb sahilinə aid Ranau rayonunun ərazisinə daxildir. 


Milli parkın ərazisində 110-a yaxın meymun növü, 100 ümumi məməli növü, 326 quş növü və o cümlədən 4500-dən çox müxtəlif  siniflərə aid flora və fauna yayılıb.


Milli park, Malayziyanın ən məşhur turistik məkanlarından biri kimi fəaliyyət göstərir.


2004-ci ildə 415,360-dən çox qonaq və 43,430 alpinist parkı ziyarət edib.