YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zubr

Zubr və yaxud Avropa bizonu  (lat. Bison bonasus)-buynuzlular fəsiləsinin cütdırnaqlılar dəstəsinə aid olan bizonlar nəslinin avropalı növüdür. Zubr Avropa qitəsində ən ağır və iri yerüstü məməli və vəhşi öküzlərin sonuncu avropalı nümayəndəsi sayılır. Onun uzunluğu 330 sm, çəkisi isə 1 tona çatır. Rəngi tünd qəhvəyidir, cavan buzovların rəngi isə qırmızıya çalır. Başı nəzərə çarpacaq dərəcədə qısa və iki kiçik buynuzludur.

 

Zubrlar Pireney yarımadasından Qərbi Sibirə qədər, İngiltərə və cənubi Skandinaviya da daxil olmaqla yayılmışdır. Bu böyük arealda zubrlar nəinki meşələrdə, hətta açıq yerlərdə də məskunlaşmışlar. Ancaq insanların intensiv ovuna görə zubr ancaq sıx meşələrdə rast gəlinən heyvana çevrilmişdir. Zubrlar 2-dən 20-yə qədər heyvan olan kiçik sürülərlə yaşayırlar. Bu sürülər əsasən dişilər və cavan buzovlardan ibarətdir. Sürüdə liderliyi dişi edir. Erkəklər isə tək yaşamağa üstünlük verir və ancaq cütləşmə zamanı sürüyə qatılırlar. Dişinin hamiləliyi 9 ay davam edir. May və iyul ayları arası bir bala doğulur və il ərzində o, ana südü ilə bəslənir. 4 yaşında zubr həddi-büluğa çatmış hesab olunur, ancaq erkən və ya gec yetişmə də mümkündür. Cavan erkəklər ana sürünü tərk edərək, tək yaşamazdan əvvəl cavan subaylardan ibarət sürülər yaradırlar. Zubrlar 25 ilə qədər yaşaya bilirlər.