YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Həşəratyeyənlər

Bu dəstə çox qədimdir və alimlər hesab edirlər ki, məhz eradan əvvəlki həşəratyeyənlərdən bütün plasental məməlilər dəstəsi, o cümlədən meymunlar (primatlar) əmələ gəlmişlər.


Torpaq altında yaşayan köstəbək yalnız öz eşitmə, toxunma və iybilmə qabiliyyəti ilə qənimətini axtarıb tapmağa məcburdur. Köstəbəklərin gözü ya ümumiyyətlə olmur, ya da ancaq torpağın üzərinə çıxanda qaranlıq və işığı seçirlər. Köstəbəyin bədəni sürüşkən, tükləri isə qısa və sıx olur. Onu məxməri məxluq adlandırırlar. Dərisinin tükü çox nazikdir.


Həşəratyeyənlər həşərat və onların sürfəsi, qurdlar, molyuskalar və digər başqa onurğasızlarla qidalanırlar. Xırda ölçülərinə baxmayaraq, həşəratyeyənlər çox acgözdürlər. Çünki istiqanlı məxluq nə qədər balaca olsa, dəqiqədə o qədər də isti itirir, ona görə də çox yeyir.


Ulduzburun-Şimali Amerikada yaşayır. Qəribə görkəminə baxmayaraq, o, sadəcə olaraq köstəbəkdir. Köstəbəklər qazıcı məxluqlardır. Gün ərzində onlar on metrlərlə yeraltı keçidlər qaza bilirlər.


Burnundakı yumşaq, həssas fırlar (şişlər) ulduzbururnun ovçuluq qabiliyyətini daha da artırır. O, tək torpaqda deyil, sularda da qidalanır, ona görə də çox gözəl də üzür.
Köstəbəyi qabaq pəncələrinin quruluşuna görə tanımaq olar: onlar ekskavatorun çalovuna bənzəyir və kənarlardan çıxır.


Həşəratyeyənlər arasında sayca və növlərinə görə yersiçanları birinci yer tutur. Onlar köstəbəklərə oxşasalar da, onlardan daha fəaldırlar.


Bu dəstəyə dünyanın ən xırda məməlisi olan cırtdan ağdiş aiddir. Onun uzunluğu cəmi 3,5 sm, çəkisi isə cəmi 1,5 qramdır. Hətta dəstənin ən iri məxluqu sayılan gimnuranın uzunluğu heç 0,5 m-ə çatmır. Məməlilər arasında növlərin sayına görə bu dəstə 3-cü yeri tutur. Həşəratyeyənlər yerin üstündə və altında, suda və ağacda da yaşaya bilirlər. Antarktida və Avstraliyadan başqa onlar hər yerdə yaşayırlar. Ən məşhur həşəratyeyən yumşaq tüklü desmandır. Onu soyuqdan və sudan qoruyan qalın, isti və gözəl xəzi vardır. Desman yarımsu həyat tərzi keçirir.


Desmanın ən sevimli yeməyi molyusklardır. Sakit çayların sahilində yaşayan bu heyvanların yeyib tulladıqları molyuskların çanaqlarını görmək olar.