YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tauantinsuyyu

İnk sivilizasiyası öz çiçəklənmə dövrünə çatanda iki milyon kvadrat kilometrə qədər ərazidə yerləşirdi. Onun ərazisi indiki Ekvador, Boliviya və Perunun ərazisinin çox hissəsi daxil olmaqla, cənubdan Kolumbiyaya, şimaldan isə Çili və Argentinaya çatırdı.

 

Bu imperiya Tauantinsuyyu adlanırdı, bunun mənası "dünyanın dörd tərəfi" demək idi. İnklər qalib gəldikləri xalqlara öz mədəniyyətlərin, idarəetmə formasını və dillərini(keçua və ya kiçiua) məcburi şəkildə yeridirdilər.

 

Bu böyük imperiyanın çox sıx yollar şəbəkəsi və asma körpüləri var idi. Bu yollarla əsgərlər, tacirlər və xüsusi çaparlar hərəkət edirdilər. Çaparlar əmr və məlumatları imperiyanın hər yerinə çatdırırdılar. Bu imperiyanın paytaxtı Kusko şəhəri idi.