YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Köhnə dünya meymunları

Ensizburun meymunlar qrupuna 2 fəsilə daxildir: bir hissəsi meyvə və həşəratdan tutmuş xırda heyvanlaradək hər şey yeyir, digərləri isə ancaq tropik ağacların yarpaqları ilə qidalanırlar. Bu yarpaqyeyən meymunlardır.


Lanqur Xanuman- Hindistan və Şri-Lanka adasında yaşayan yarpaqyeyən meymundur. Burada onu müqəddəs heyvan kimi qoruyurlar. Hindular inanırlar ki, lanqur xanuman-meymunların padşahı olan Xanumanın nəslindəndir. Hindistanda belə bir deyim də var ki, damında xanuman yerləşibsə, bədbəxtlik gözlə. Bu müqəddəs heyvanı nə qovmaq, nə də öldürmək olar. Əgər xanuman kimisə evini ziyarət edibsə, həmin insan o evi tərk edir.


Əntərlər (Pavianlar)-Afrikada yaşayırlar. Onlara hər yerdə rast gəlmək olar: savannalarda, həmişəyaşıl meşələrdə, hətta Saxara səhrasının ətraflarında. Əntərlər hər şey yeyirlər. Qida axtarışı üçün onlar gün ərzində 20 km-ə qədər yol gedə bilir. Meyvə yoxdursa, toxum, ot yeyir, daşları qaldırıb böcək və yaxud kərtənkələləri tapıb qidalanırlar. Əntərlərin gücü və təcavüzkarlığı onlara daha ciddi qənimət sayılan quş balalarını, doşvan balalarını və cüyürləri əldə etməyə imkan verir.


Əntərlər yaxşı təşkil olunmuş qruplarla yaşayır və əsl hərbiləşdirilmiş dəstələrlə səyahət edirlər. Ön sırada kəşfiyyat hərəkət edir. Bu, adətən, öz həyəcanlı yürüşü ilə  təhlükə barədə xəbərdarlıq edən cavan erkəklərdir. Bu zaman anidən yeniləşmə baş verir: mərkəzdə öz balaları ilə dişilər gedir, onları cavan erkəklər əhatə edir, öndə isə başçı və yaşlı, təcrübəli erkəklər gedir. Bu hərbi falanqa lazım gəldikdə döyüşü qəbul edir. Sürüdə 100-ə qədər fərd ola bilər, əntərlər arasında tək yaşayanlar olmur, çünki təklikdə sağ qalmaq mümkün deyil. Ta qədimdən əntəri insanabənzər meymunlara yaxın hesab edirdilər. Əbəs yerə deyil ki, onun inkişaf etmiş sinir sistemi var və o, çox ağıllıdır.


Hokkaydo adasının şimalında yaşayan yapon makakalarını hərdən “qar meymunları” adlandırırlar. Qalın “kürkləri” onlara -15 °C temperatura tab gətirməyə kömək edir. Qidanı yeməzdən əvvəl yuma vərdişi məhz yapon makaklarına məxsusdur.


Kalimantan adasında olan uzunburun meymun dünyada ən çirkin və yekəburun meymundur. Sallanan uzun burnu (7-8 sm-ə0 ona yemək yeyərkən mane olur. Hesab edirlir ki erkəklər bu cür burundan çox gur qışqırıq qoparkən, səs gücləndirici kimi istifadə edirlər. 


Makakalar-kiçik, başından quyruğunadək 60 sm, çəkisi isə 15 kq-dan yuxarı olmayan meymunlardır. Onlara Hibraltardan Yapon adalarınadək rast gəlinir. Bu meymunlar hər şey yeyir və qidalarını ən gözlənilməz və əlçatmaz yerlərdən tapa bilirlər.


Balaca əntərlər öz qeyri-adi rəngarəngliyi ilə məşhurdurlar. Onların rəngini müəyyənləşdirmək çox asandır. Əntərlər rəngləri çox asanlıqla ayırd edə bilirlər.