YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qorilla

Qorillanı əvəllər çox qəzəbli heyvan hesab edirdilər. Əslində isə onlar çox sülhsevərdilər. Qorilla düşməni sadəcə, qorxutmağa çalışır: var gücü ilə sinəsini yumruqlayaraq, boğuq səslər çıxarır, dişlərini göstərir və düşmənin üzərinə budaq və torpaq koması atır. Ancaq bu sadəcə güc nümayişidir, adətən qorillalar dalaşmır, insanlara isə umumiyyətlə əl vurmurlar.


Qorillaların ailəsində 5-dən 30-dək fərd olur. Bu dəstəyə qoca və təcrübəli erkək başçılıq edir. 10 yaşdan sonra qorillaların tükləri ağarmağa başlayır. Bu da yaşlanmanın əlamətidir. Yaşlı başçıya bütün ailə üzvləri tabe olur. Gecələr dəstə başçısı və müdafiəçisi ailə üçün ağacda koma düzəldir, özü isə ağır olduğu üçün ağacda deyil, yerdə yatır. 


Qorillalar vegetariandırlar. Onlar çoxlu miqdarda bitki ilə qidalanırlar.