YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Coakkino Rossini

Görkəmli italyan bəstəkarı, Coakkino Rossini (Gioachino Rossini) 1792-ci ildə İtaliyanın şərq sahilində Pesaro adlı kiçik bir qəsəbədə anadan olub. Müasirləri onu “İtalyanın Motsart”ı adlandırıdılar.  Anası opera müğənnisi, atası isə korno ifaçısı idi. Uşaqkən mahnı oxumağı, violonçel və korno çalmağı öyrənirdi. 15 yaşına çatanda bir musiqi məktəbinə yazıldı və bəstəkarlığı öyrəndi.


Onun ilk operası "Evlilik müqaviləsi" (La Cambiale di Matrimonio) 18 yaşında Venesiyada səhnəyə qoyulub, dördüncü əsəri ciddi opera “Tancredi” və beşinci əsəri komik opera "Əlcəzairdə İtalyan Qız” (L"Italiana in Alger) operaları ilə şöhrət qazanıb. Əsas əsəri "Sevilya bərbəri" (Il Barbiere di Siviglia) operası isə 24 yaşında ikən Romada səhnəyə qoyulub.


Rossini vaxt tapdıqca Avropa ölkələrini gəzərək əsərlərini tanıdırdı. Tək “Giyoom Tell” operası müxtəlif yerlərdə 40 il ərzində 600 dəfə nümayiş olunub. Musiqi aləmində “İtalyanların Motsartı” adlandırılan bəstəkar şən musiqiləri ilə opera aləminə yenilib gətirib.


Bəstəkar 18-37 yaşları arasında 39 opera bəstələyib. Yaşadığı dövrdə çox məşhur bəstəkar idi. Əsərlərinin bir qismi bu gün də tez-tez səhnələşdirilir. Bəstəkar Neapoldakı “San-Karlo” və Parisdəki “İtalyan Operası” kimi bir neçə yerdə dirijor olub. 1830-cu il Fransa inqilabından əvvəl Kral X Çarlzın bəstəkarı kimi çalışıb.


Rossini musiqi tarixinin yetişdirdiyi ən böyük bəstəkarlardan biri olub. Ancaq o, bəstəkarlıqdan əlavə 38 yaşından aşpazlıqla məşğul olmağa başlayıb. Onun yeməyə olan bağlılığı heç də musiqidən geri qalmırdı.


Sindrella nağılından ilhamlanan “Sinderella” (La Cenerentola) operasını 1816-cı ildə yazıb. Son operası uvertüra, fırtına səhnəsi və balet musiqisi ilə səslənilən "Guillaume Tell" ("Vilqelm Tell") idi. 37 yaşında opera bəstəkarlığını buraxıb. Yaşadığı dövrdə çox məşhur bir bəstəkar idi. Əsərlərinin bir qismi bu gün də tez-tez səhnəyə qoyulur.


Coakkino Rossini 13 noyabr 1868-ci ildə vəfat edib.