YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balina

Balinalar dünyanın bütün okeanlarına yayılıblar. Onlar istisevər və soyuqsevər növlərə bölünür. Soyuqsevərlər ağ delfin, narval, qrenland balinaları, istisevər balinalara isə cırtdan balinalar və bir çox delfinlər aiddir.


Balinaların hissiyyat orqanları eyni inkişaf etməyib. İybilmə qabiliyyəti yoxdur, dadbilmə zəifdir, ancaq duyma qabiliyyətləri çox gözəl inkişaf edib. Onun köməyi ilə balinalar hətta bulanıq suda da xərçəngləri tapa bilirlər.


Hindistanın Qanq çayının bulanıq sularında yaşayan qanq delfini heç nə görmür. Ultrasəslərin köməyi ilə özünə yemək-xırda balıq və yengəcləri tapır.


Qozbel balina suyun altında oxumağı ilə məşhurdur. Onların səsi hərdən suyun üzərindən də eşidilir.


Balinakimilərdə eşitmə qabiliyyəti zahiri qulaqlarının olmamasına baxmayaraq çox yaxşı inkişaf edib.


Yaxın və uzaq yerlərə səyahətindən asılı olaraq balinaları bir neçə bioloji qrupa bölürlər.


Afinalar, çay delfinləri, boz delfinlər oturaq həyat tərzi keçirən balinalar qrupuna aiddirlər. Onlar yaxın məsafələrə köç edirlər.


Bığlı balinaların hamısı, dimdikburunların bir qismi daima şimal və cənub yarımkürələrinə köç edirlər. Qışda balalarını dünyaya gətirmək üçün isti sulara üzür, yayda isə kökəlmək üçün mülayim və yaxud şimal dairəsinə köç edirlər.


Orkalar, qrendland balinaları, narvallar uzaq məsafələrə köç edən balinalardır.


Bir vaxtlar alimlər hesab edirdi ki, delfinlərə insan dili öyrətmək olar, ancaq buna nail ola bilmədilər. Bununla belə, təcrübələr zamanı müəyyən edilmişdir ki, delfinlər müxtəlif hisslər keçirərkən tamamilə müxtəlif səslər çixarırlar. Balinakimilərin əsas siqnalının həyəcan siqnalı olması da məlum olub. Təhlükəyə düşmüş qohumunun səsini eşidən kimi, balinalar dərhal köməyə gəlirlər. Nəticədə bir fərdin ölümü çox vaxt bütün qrupun ölümü ilə nəticələnir.


Boz balina böyük səyahətçidir. İldə iki dəfə Şimali Amerika sahillərinə “gəzintilər” edir. İş burasındadır ki, boz balinaların yemi ancaq Afrikadadır və o, isti cənub dairəsinin dayazlıqlarında artır. Ona görə də bir yerdən o biri yerə daşınmağa məcbur olur.