YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Begemot

Begemot və yaxud hippopotam 3200 kq-a qədər çəkisi olan  iri heyvandır. Begemotlar Afrikada, Saxaranın cənubunda geniş yayılmışlar. Onlar dayaz, bol bitkili göllərə üstünlük verir, çox gözəl üzür və su altında 5 dəqiqəyə qədər qalaraq, asanlıqla hərəkət edirlər. 


Begemotlar gündüzləri suda keçirir, gecələri isə quruda müxtəlif su və yerüstü bitkilərlə qidalanırlar.


Burun deşikləri, göz və qulaq seyvanları başının yuxarı hissəsində yerləşir. Bu onlara tamamilə suyun altında qalaraq nəfəs almağa, görməyə və eşitməyə imkan verir.


Hippopotamlar-yaşlı erkək və 10-20 balalı dişisi olan cütlərlə və ya qruplarla qalırlar. Erkəklər arasında tez-tez ərazi davası baş verir. Çox vaxt bu davalar rəqiblərdən birinin ölümü ilə nəticələnir.


Cırtdan begemotun çəkisi 250-275 kq olur. O, rütubətli meşələrdə, bataqlıqlarda, göl qıraqlarında yaşayır. Bu begemotlar yaxşı qaçır, təhlükə hiss etdikdə isə suda deyil, meşədə gizlənirlər.