YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Stounhenc daşları

Bizim əcdadlar təkcə ev tikməyi bacarmırdılar, həm də böyük abidələr tikirdilər, bunlara `meqalit`, yəni `böyük daşlar` da deyirlər, çünki onlar hər birinin çəkisi bir neçə ton olan qaya parçalarından ibarətdir. İlk belə abidə təxminən 5300 il əvvəl, bürünc dövründə tikilib.


Avropada çoxlu meqalit abidə vardır. Onlardan ən çox tanınmışı olan Stounhenc İngiltərədədir. Bu, dairə şəklində şaquli daşlardan ibarətdir, onların üzərinə üfüqi şəkildə bir neçə hamar daş qoyulub. Bu daşların hər birinin çəkisi 26 tona yaxındır, həm də alimlər müəyyən etmişdir ki, tikinti üçün istifadə olunan daşları indi durduqları yerdən deyil, 320 km aralıdan gətiriblər.


Yəqin ki, bu qurğular qədim adamlar üçün çox böyük əhəmiyyət kəsb edirdi, belə ki, onun tikintisinə xeyli qüvvə sərf edilmişdir. Hətta bizim günlərdə ikinci Stounhencin tikilməsi sadə iş deyil və müasir texnika olmadan ibtidai insanların bunu necə bacarmaları sirr olaraq qalır.


Çox heyif ki, Stounhencin nə üçün tikildiyi bizə məlum deyil. Biz ancaq onu bilirik ki, o, əcdadların mədəniyyətinə aid olub və onun konstruksiyası hardasa günəşin səmada hərəkəti ilə əlaqədardır.