YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Laqqutu

Zərb alətləri qrupuna aid olan laqqutu müxtəlif ölçülü iki dördbucaq ağac qutudan ibarətdir. Masallı, Lənkəran, Astara, Cəlilabad rayonlarında daha çox istifadə edilən bu alətin adı 2 türk kökündən əmələ gəlib: lax/lığ (boş) və qutu .

 

Laqqutu nağara, qoşa nağara, qaval və başqa zərb alətləri ilə birlikdə müasir ansambl və orkestrlərin tərkibində ifa edilir. Mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınan alətin ölçüləri 250x125x50 mm-dir. Qoz, ərik, tut, fıstıq ağaclarından içərisi xüsusi ölçüdə oyularaq hazırlanır.

 

Güman edilir ki, bu alətin adının etimologiyası onun çıxardığı səs tembri ilə bağlıdır. Alətin müxtəlif növləri bir çox ölkələrdə geniş yayılıb.