YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bisset Donald

İngilis yazıçısı, aktyoru, rəssamı və televiziya aparıcısı Donald Bisset 1910-cu ildə Brentfordda anadan olub.

 

1946-cı ildə o, həyatını kino aləminə həsr etməyə başlayıb. Ömrünün müxtəlif dövrlərində Donald Bisset altmış dörd televiziya layihəsində iştirak edib. Bunlar bədii filmlər, müxtəlif şoular və uşaq proqramları idi. Bissetin iştirak etdiyi ən parlaq layihələr "Doktor Kim", "Qəbirdə bir ayaq", "Satın aldığınız üçün təşəkkür edirik" sayılır. Aktyorun film çəkilişində iyirmi birdən çox rolu var. 
 
 
Film çəkilişlərinə paralel olaraq, uşaqlar üçün kiçik hekayələr yazmağa başlayan Bisset, həm də gözəl rəssam idi.
 
 
Onun nağılları qeyri-adi idi.
 
 
O, “Amur və bülbül”, "Malina mürəbbəsi", “Annabel”, "Krokokot", “Əjdaha və Sehrbaz”, "Vrednbqa", “Pələng RRRR”, "Musiqi dərsi" və s. kimi məşhur nağılların müəllifidir.
 
 
Donald Bisset 1995-ci ildə vəfat edib.