YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zeynalova Nəsibə

Azərbaycan teatrsevənləri arasında “qaynana” kimi sevilən Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub.

 
Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi olan Cahangir Zeynalov ilk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. 
 
 
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana getmiş, sentyabr ayında Bakıya qayıdanda, gəmidə yatalaq xəstəliyinə tutularaq qısa müddətdə dünyasını dəyişib.
 
 
Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib.
 
 
1932-ci ildə Rza Təhmasibin dram dərnəyinin üzvü olub, sonrakı illərdə Bakıda fəaliyyət göstərən səyyar teatrında aktrisa işləməyə başlayıb.
 
 
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yeni yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi qəbul olunub. Elə həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. 
 
 
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, televiziya tamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir. 
 
1974-cü ildə Rauf Kazımovsi onun yaradıcılığı barədə “Aktrisanın təbəssümü” televiziya filmi çəkib.
 
 
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.