YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Cəfərov Asəf

Azərbaycanın XX əsr rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı Asəf Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olub.

 
Rəssamın çəkdiyi “Mənim Azərbaycanım”, “Oğullar”, “Xoruz döyüşü” süjetli tabloları, “Vaqif Mustafazadə”, “Rəşid Behbudov”, “Əlağa Vahid” portretləri, “Bakıda qış”, “Axşamçağı”, “Xınalıq” mənzərələri və “Akvarium”, “Yasəmən” natürmortları orijinallığı ilə seçilir. 
 
 
Onun əsərləri yerli və xarici muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır. Bu muzeylər sırasına Moskvadakı Tretyakov Qalereyası, Şərq Xalqlarının İncəsənət Muzeyi, İstanbuldakı Müasir Sənətlər Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi daxildir. Sənətkar 1980-ci ildə Avstriyada keçirilən Ümumdünya Təsviri Sənət Sərgisində Qran-pri mükafatına layiq görülüb. 
 
 
Asəf Cəfərov 2000-ci ildə dünyasını dəyişib.