YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şir

Şirləri hərdən cəngəlliklər kralı adlandırsalar da, əslində onlar ov ovladıqları açıq düzənliklərdə yaşamağa üstünlük verirlər. Şirlər dəstələrlə yaşayırlar. Hər belə dəstə prayd adlanır. Pişikkimilər fəsiləsində yalnız şirlər öz ölçülərinə görə üstünlük təşkil edir. Erkəklərin bədən uzunluğu 2,8 m, bəzilərinin isə 3,4 m-ə qədər çatır. Erkək şirlər dişi şirlərdən fərli olaraq, çox iri və güclü olur, nadir hallarda ov edirlər. Onların məqsədi qəniməti goreşən kimi leşyeyənlərdən qorumaqdır. 


Bir vaxtlar şirlər Avropanın cənub hissəsində yaşayıblar. 2000 il bundan qabaq Yunanıstan və İtaliyada onların nəsli kəsilib. 1898-ci ildə Tsavoda iki şir Keniya-Yqanda dəmiryolunu tikən fəhlələrə hücum edib. Onlar 28 fəhləni öldürüb, yeyib. Odur ki, şirlər zərərsizləşdirilənədək tikintidə işlər bir neçə həftəlik dayandırıb. 


Tək yaşayan şir ova çıxdıqda 10 ov fürsətinin tək birində qənimətini öldürə bilir. Alimlərin araşdırmalarına görə, şirlər dəstələrlə ov edən yeganə iri pişikkimilərdəndir. Yerdə qalan pişikkimilər isə tək ov edirlər. Onlar çox vaxt öz sevimli ov hiyləsinə əl atırlar: bir neçə dişi şir kolluqda uzanır, biri isə əks tərəfdən öz qurbanına-zebr və yaxud cüyürə tərəf yüyürür. Qurban ona yaxınlaşan kimi şiri görüb, pusquda gizlənən dəstəyə tərəf qaçır. Şirlər cüyür kimi iri heyvanları,ancaq qəniməti az olanda, vəhşi donuz və xırda cüyürləri də ovlaya bilirlər. Şirlər mahir ovçu olduqları üçün onların qənimətlərinin dalınca qaçıb vaxt itirməyə ehtiyacı yoxdur. Günün çox hissəsini onlar kölgədə yatır və yaxud ağacların budaqlarında dincəlirlər.