YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qar bəbiri

Qar bəbiri əlçatmaz yerlərdə-Himalay, Tibet, Pamir, Tyan-Şan dağlarında yaşayır, hündürlüyü 5000 m olan dağ döşlərinə qalxır. Buna görə də insanlar bu heyvanları heç vaxt ovlamayıb, ancaq fürsət düşdükdə, əlbəttə ki, onları öldürüblər. Zəngin köçəri öz geyimini bəbir xəzi ilə bəzəyirdi. Bu, böyük şərəf sayılırdı. Əbəs yerə qar bəbirini dağların mirvari çərçivəsində olan qiymətli brilyant adlandırıblar. “İrbis” heyvan adı türk dillərindən gəlmiş, “qar pişiyi” mənasını verir. 


Tacirlər Monqolustandan gətirmiş olduqları qar bəbiri dərisinə görə Avropada onlar XVIII əsrin sonlarından tanınmağa başlayılar.


Məlumdur ki, irbisi narahat etməsən, onun insan üçün heç bir qorxusu yoxdur. Təcavüz etmir, hətta sadəlövhdür. İş burasındadır ki, qar bəbiri yaşayan yerlərə insanlar nadir hallarda getdiklərindən onlar bu heyvanlar üçün “naməlum obyekt” kimidirlər. Sadəcə olaraq, insan bu “dağlar sahibinin” irsi yaddaşında iz qoya bilməmişdir. Görünür bəşəriyyət bu boşluğu tezliklə dolduracaqdır. Hazırda insanlar texnikanın gücü ilə dağların ən yüksək və əlçatmaz zirvələrinə qalxa bilirlər. Bu gün hətta ən uca dağ zirvəsi olan Everestə ilboyu onlarla alpinist ekspedisiyası yollanır.


Qar bəbirinin ovladığı dağ keçisi, maral və cüyür sürüləri vəhşicəsinə qırıldığından, azalıb və tamamilə məhv olmaq təhlükəsi qarşısındadır. Bütün bunların nəticəsidir ki, indi yer kürəsində bu dağ yırtıcısının 2 minə qədəri yaşayır.