YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tülkü

Avropa, Şimali Afrika, Asiyanın böyük hissəsində (Şimali Hindistan, Cənubi Çin və Hind Çinə qədər), Şimali Amerikada, Meksika körfəzinin şimal sahilinin cənubunda geniş yayılıblar. 


Bədənin uzunluğu 60-90, quyruğu 40-60 sm, çəkisi 6-10 kq-dır.

 


Tülkülərin çoxu sandığımız kimi meşədə deyil, meşə-çöl və açıq dağ ətəklərində yaşayır. Öz yuvalarını yarğanların yamaclarında qururlar ki, buradan qumluca qatı keçir, yuxarı və aşağı hissəsində isə gil qatları yerləşir. Qumun yuxarı qatı yuvanı yağış və qardan, alt qatı isə su basmasından qoruyur. Tülkülər vəngildəmə, zingildəmə vasitəsilə ünsiyyət qurur, nadir hallarda nərildəyirlər.