YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Boz tülkü

Bu tülkü Kanadanın şimalında, Cənubi Amerikanın bütün ərazilərində, Venesuellayadək yaşayan itlər fəsiləsinə aid olan növdür. Boz tülkü əsasən bitki ilə qidalanır, ağaca dırmaşaraq meyvə və tum yeyir. O, ağaca dırmaşan yegənə tülküdür (ona “ağac tüklüsü” də deyirlər).


Sarı tülküdən fərqli olaraq, boz tülkü daha kiçikdir və pəncələri daha gödəkdir. Onun uzun quyruğu çox yumşaq və gözəldir. Zərif yunu isə onu soyuqdan bir o qədər də qorumur. Odur ki, boz tülkü çox soyuq iqlim şəraitində yaşaya bilmir.


Boz tülkülər monoqamdır və partnyorları ilə ömürlərinin sonuna kimi yaşayırlar. Cütləşmədən sonra, fevral ayında, ana tülkünün 4-10-a qədər balası doğulur və artıq 11 aydan sonra onlar valideynlərini tərk edirlər. Davamlı məhv edildiyi üçün boz tülkünün sayı yarıyadək azalıb.