YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Canavarlar

Boz və adi canavarlar it fəsiləsindən olan yırtıcı məməlilərdir. Koyot və çaqqallarla birgə kiçik bir canavar cinsini təşkil edir. Bir vaxtlar canavarlar Avrasiya və Cənubi Amerikada geniş yayılıbdır. 


Hazırda bu heyvanların ümumi sayı və yayılma sahəsi, əsasən də insan fəaliyyəti nəticəsində, hiss olunacaq dərəcədə azalıb. Dünyanın bir çox yerlərində canavar tamamilə məhv olunmaq dərəcəsindədir. 


Bu heyvanların hündürlüyü 60-85, uzunluğu 105-160 sm, çəkisi 32-62 kq-dır. Ümumi görünüşünə görə canavar iri, sivriqulaqlı iti xatırladır. Ayaqları hündür və güclüdür, pəncəsi iri və itin pəncəsindən çox gərilmişdir. Canavarın izlərinin uzunluğu 15 sm, eni isə 7 sm-ə qədərdir. Alnı enlidir. Quyruğu itin quyruğundan kifayət qədər uzun və qalındır. Hərəkətindən onun əhval-ruhiyyəsini müəyyən etmək olar. Canavarların xəzi qalın, uzun və iki qatdan ibarətdir. Və buna görə də heyvan bəzən olduğundan iri görünür. Yazın sonu və yayın əvvəli canavarlar tüklərini tökürlər. Bu prosesin asanlaşması üçün onlar özlərini daşa və ya ağac budaqlarına sürtürlər. 


Canavarlar qurbanını güdərək ovlayan və fəal axtarışda olan tipik yırtıcıdır. Onun əsas qidasını dırnaqlı heyvanlar təşkil edir: tundrada şimal maralları, meşə zonasında sığın, maral cüyür, qabanlar, çöl və səhralarda antiloplar.


Canavarlar ev heyvanlarına (qoyun, inək, atlara), o cümlədən itlərə də hücum edirlər. Dovşan, sünbülqıran və siçanabənzər kimi xırda gəmiriciləri də tuturlar. Yayda isə canavarlar quş yumurtalarını yemək imkanını da əldən vermirlər. Çöllərdə onlar çox vaxt bostanlara basqın edir, yemiş və qarpızdan susuzluqlarını yatırmaq üçün istifadə edirlər. 


Canavarlar əsasən gecə saatlarında fəal olurlar. Onlar hissiyyat orqanlarından eşitmə ən çox, iybilmə bir az ondan zəif, görmə isə xeyli zəif inkişaf edib.


Canavarlar monoqamdırlar, yəni bir erkəyə bir dişi düşür. Bundan başqa, canavarlar ailəvi qruplarda yaşayırlar. Və bu qruplara bir cüt alfa-erkək və alfa dişi başçılıq edir.

 
Nikah dövrü başladıqda sürüdə gərginlik artır: əsas mövqe tutan erkək və dişi partnyorunu sürünün digər üzvlərindən qoruyur. Cavan və tənha qoca dişi canavarların ətrafına isə amansızcasına bir-biri ilə vuruşan erkəklər dəstəsi toplaşır. 


62-65-ci günlərin tamamında dişilər 3-10-13 kor canavar balası dünyaya gətirilər. Onların gözü 12-13-cü günündə açılır. Böyüyən canavar balalarını valideynlər yedikləri ətin qalığı, sonralar isə öldürdukləri qənimətlə bəsləyirlər. Dişi canavarlar 2 yaşında, erkəklər isə 3 yaşında həddi-büluğa çatırlar.