YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kometlər

Kometlər Günəş ətrafında elliptik orbit üzrə hərəkət edən göy cisimləridir.

 

Komet Günəşdən aralı olduğu zaman az öyrənilmiş tərkibə malik soyuq cisimdir. Bu cismi daş nüvə adlandırırlar. O, kiçik toz dənəciklərindən və soyuq qazlardan ibarətdir.

 

O, Günəşə yaxınlaşan zaman nüvədən möhkəm hissəciklər və qazlar ayrılmağa başlayaraq kometin quyruğu adlanan şəfəq və güclü parıltı əmələ gətirir.

 

Bu quyruqdan şleyf və ya ətək adlanan hissə ayrılır, adətən, onun uzunluğu milyon kilometrə yaxın olur. Kometin bu ətəyi Yerdə diqqəti cəlb edir.

 

Komet orbit üzrə hərəkət etdiyi üçün onun Yer kürəsindən görünəcəyini qabaqcadan bilmək olur.

 

Kometi görmək qeyri-adi, nadir bir hadisədir. Ona görə də astroloqlar kometin Yer kürəsi ilə yanaşı görünməsini hər hansı bir tarixi fakt ilə əsaslandırırlar. Beləcə, xristian dinində İsa peyğəmbərin doğulmasını izah edən İncil kometin görünməsinin bu hadisəyə işarə olduğunu qeyd edir.