YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dəməşq

Dəməşq və ya Şam Suriya Ərəb Respublikasının paytaxtı, dünyanın ən qədim paytaxt şəhəridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir. Dəməşq həm də dünyanın ən qədim şəhəridir. 
 
E.ə. 13 əsrin əvvəllərindən e.ə. 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının paytaxtı olub.
 
Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin XII əsrdə yaşamış ərəb tarixçisi İbn Asakir şəhərin əsasının eramızdan əvvəl IV minillikdə qoyulduğu, Nuh dövründəki böyük daşqından sonra ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazıb. Şəhərin mövcudluğuna dair ilk yazılı abidə eramızdan əvvəl XV əsrə aiddir, bu vaxt Dəməşq Misir fironluğunun hakimiyyəti altında olub. Eramızdan əvvəl 85-ci ildə şəhəri Nəbatilər işğal etdi, eramızdan əvvəl 64-cü ildə isə Roma sərkərdəsi Qney Pompey Dəməşqi tutaraq onu Roma imperiyasının tərkibinə qatıb. Dəməşqdə İrana qarşı müharibə aparan Roma ordusu legionlarının baş qərərgahı yerləşirdi. 395-ci ildən etibarən Dəməşq Bizans imperiyasının tərkibində olub.
 
 
Dəməşq 661-750-ci illər arası Əməvilər xilafətinin paytaxtı olduğundan müsəlman dünyasının ən böyük siyasi, dini və ticarət mərkəzinə çevrilib.
 
 
Müasir Dəməşq Barada çayının hər iki sahilində Qasyon dağının ətəklərində yerləşıb. Dəniz səviyyəsindən təxminən 700 m hündürlükdə yerləşib.
 
 
Şəhərin qədim girişləri olan Bab Tumə, Bab Şərqi Bab Hərir və Bab əs-Səlam darvazaları indiyədək qorunub saxlanmışdır. Şəhərin köhnə hissəsində onlarca qədim bina və tarixi abidələr var.