YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kondor

Kondor – üç metrə çatan qanadları ilə dünyanın ən iri yırtıcı quşudur. Cənubi Amerikanın qərbindəki dağlarda And kondoru, ABŞ-ın Kaliforniya ştatının dağlıq ərazilərində isə Kaliforniya kondoru yayılmışdır. Bu quş təxminən 50 il ömür sürür. Kondor yüksək dağlarda, qayaların rasında yaşayır, ona meşədə və ya düzənlikdə rast gələ bilməzsiniz. Qanadları açılmış vəziyyətdə üç metrə çatır, çəkisi isə 15 kq-a yaxındır. Uçmaq üçün kondora qaçmaq lazımdır və yalnız bir neçə metr qaçdıqdan sonra quş qanad çalır və göyə qalxır. Kondor 10000 metrdən hündürə qalxa bilir və qanadlarını açıq saxlayaraq uzun müddət havada süzə bilir. Kondor yırtıcı quşdur, onun çox incə iybilmə və iti görmə qabiliyyəti var, bu ona öz yemini tapmaqda kömək edir.

 

Hərdən doymuş kondor o qədər ağırlaşır ki, bir neçə saat uça bilmir.

 

Qədim Peru sakinləri kondoru müqəddəs quş sayırdılar, onun şəkillərini bəzi Latın Amerikası dövlətlərinin pullarının üstündə görmək olar.