YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kisəli qarışqayeyənlər

Etiraf etmək lazımdır ki, kisəli qarışqayeyənlər təbiətdə mövcud deyildir. Bu heyvan adını doğrultmur. Niyə? Birincisi, onun kisəsi yoxdur, ikincisi isə, o qarışqaları, demək olar ki, yemir. Çox güman ki, o özünün xarici görünüşü və davranışı ilə əsl qarışqayeyənə bənzəyir.


Kisəli qarışqayeyən dələdən bir qədər iridir. Onun sevimli yeməyi termirlərdir (ağ qarışqalar). Qarışqa yuvasını tapan kimi, bu heyvan qabaq pəncəsinin güclü caynaqları ilə yuvanı dağıdır və bundan sonra həşəratlara çatmaq üçün xüsusi əmək sərf etmək lazım gəlmir, beləliklə də o, qarışqaları yapışqanlı uzun dili ilə yığmağa başlayır. Onun dili 10 sm-ə qədər uzanır. Qarışqayeyənlər gün ərzində 10-20 min həşərat yeyirlər.


Kisəli qarışqayeyənin çoxlu dişləri olur (müxtəlif ölçü və formada 56-ya qədər).


Kisəli qarışqayeyən bir yerdə çox qalmır. Qarışqa yuvasında qarışqaların qalmasına baxmayaraq, o yeni qidanın axtarışına çıxır. Yeməklərin arasındakı müddətdə qarışqayeyən ağacdan sallanaraq dincəlir. Bu heyvanın daimi yaşayış yeri yoxdur. Buna baxmayaraq, bir və ya iki sevimli oyuğu olur ki, burada o, gecələr və yaxud təhlükə zamanı gizlənir, çünki kisəli qarışqayeyən gündüz heyvanıdır.