YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Səmədli Əli

Əli Qafur oğlu Səmədli 1930-cu il sentyabr ayının 1-də Göyçay rayonunun Mallışıxlı kəndində, müəllim ailəsində anadan olub.

 

Azərbaycan uşaq ədəbiyyatının görkəmli yazıçısı Əli Səmədli 1948-ci ildə Göyçay şəhərində orta təhsilini başa vuraraq, Bakı şəhərinə gəlib, İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsinə daxil olub.

 
Ədəbi yaradıcılığa 1959-cu ilin mayında "Ədəbiyyat və incəsənət" qəzetində çap olunan "Unuda bilmirəm" hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda hekayələrlə müntəzəm çıxış edib. Əli Səmədli ədəbiyyatın bütün janrlarında qələmini sınayıb. Yazıçının "Ən böyük yalançı" adlı nağılı ilk dəfə "Azərbaycan pioneri" qəzetində dərc edilib. "Aqil babanın nağılları" adlı ilk kitabı 1962-ci ildə işıq üzü görüb. 
 

Əli Səmədli 55 ildən artıq uşaq və gənclər ədəbiyyatı sahəsində ədəbi fəaliyyət göstərib. O, 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə tərcümə edilib. Türk, özbək, türkmən, qırğız, belarus və başqa dillərdə kitabları nəşr olunub. "Artıq tamah baş yarar" nağılpyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub.

 

​Görkəmli yazıçı Əli Səmədli 2006-cı il may ayının 30-da vəfat edib.