YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kisəli köstəbək

Kisəli köstəbək Avstraliyanın qumlu təpə düzənliklərində yaşayır (1.5 ilə qədər yaşayır). Həyatının böyük hissəsini torpağın üst qatında yer dəyişərək keçirir. Onların görmə qabiliyyəti olduqca pisdir. Gözləri çox kiçikdir və nə bəbəyi, nə də göz bülluru var. Qurd və həşaratları ovlayarkən tamamilə öz iybilmə qabiliyyətinə arxayın olur. Kisəli köstəbək əsas işini sümük lövhəsi ilə müdafiə olunmuş başı ilə görür. Güclü, gödək, üçkünc caynaqlı qabaq pəncələri torpağı bel kimi qazır. Düzdür, köstəbək onlardan tez-tez istifadə etmir.


İlk dəfə kisəli köstəbək haqqında məlumata 1888-ci ilə təsadüf edilib. O vaxtlar bu kiçikbaşlı, kök və ləng heyvan Avropa köstəbəyini xatırladırdı. Onun kisəli olması da dərhal bilinməyib. Sonradan məlum olub ki, bu heyvan heç də adi köstəbəyin uzaq qohumu deyil. Onların zahiri oxşarlığı eyni həyat tərzi keçirmələridir. Alimlər bu hadisəni konvergensiya (bənzəmə, uyğunlaşma) adlandırıblar.