YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qarışqayeyənlər

Bir çox məməlilər təkamül nəticəsində qarışqa, termit (ağ qarışqa) və digər həşəratları yeməyə vərdiş etmişlər. Onlar yapışqan dillərinin köməyi ilə qarışqa yuvasını qazır və həşəratları çıxarırlar. Bu heyvanların əksəriyyəti dişsizlər dəstəsinə aiddir, yəni onların qabaq dişləri və ya ümumiyyətlə dişləri yoxdur. 


Borudiş Afrikada yaşayır. O qida axtarışına gecələr çıxır. Onun iri qulaqları elə qurulub ki, həşəratların çıxardığı səsləri eşidir və onları qaranlıqda çox asanlıqla tapır. Bir yerə yığılmış həşəratları tapıb, onları uzun yapışqan dili ilə yalayır. 

Ağac qarışqayeyəni Cənubi və Mərkəzi Afrikanın meşələrində yaşayır. O öz əzələli quyruğunu budağa keçirir, qabaq pəncələri ilə isə həşərat yuvalarını dağıdır. Ağaclara cəld dırmaşmasına baxmayaraq, ağac qarışqayeyəni yerdə çox yöndəmsiz yeriyir.


Nəhəng qarışqayeyən- Cənubi Afrikanın meşə və düzənlikərində yaşayır. Uzunluğu 2,1 m-ə çatır. Adətən tək yaşayır. Ona hücum edildikdə, arxa pəncəsi üstə dayanıb iti caynaqlı güclü qabaq pəncələrini yelləyir.
Yeni Qvineyalı uzunburun qarışqayeyənin çəkisi 4 kq-dan 5 kq-a qədərdir. Hazırda bu heyvana nadir hallarda rast gəlmək olar. 


Yer canavarı gecələri termitləri ovlamağa alışmış goreşən növüdür. Onun uzun yapışqan dili vardır. Onunla həşəratları yalayır, ancaq imkan düşdükdə quş yumurtaları və xırda məməliləri də yeməyi xoşlayır.