YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Termessos

Termessos, Pisidia bölgəsinin “Milyas” olaraq anılan cənub-qərb hissəsində, günümüzdə “Güllük dağı” adlandırılan Solymos dağının zirvələri arasındakı vadidə, Anadolunun ən qədim xalqlarından biri olan Luvidən gələn Solymlər tərəfindən qurulmuş və Türkiyənin çox yaxşı qorunmuş antik şəhərlərindən biridir.

 

Dəniz səviyyəsindən 1150 m yüksəklikdə, meşə içində və Güllük Milli Parkında yerləşir. B.e.ə 331-ci ildə Makedoniyalı İsgəndər şəhəri mühasirəyə alsa da, güclü müdafiə ilə üzləşmiş və fikrindən daşınmışdır. 

 

B.e.ə 189-cu ildə termessoslular qonşu İsinda şəhərini işğal etmiş, isindalıların şikayətindən sonra Roma Qüvvələrinin komandanı Manlius Vulso termessosluları cəzalandırmışdı. Böyük ehtimalla, eyni tarixlərdə Termessos və Likiya (və ya Lisiya) arasında savaş gedirdi. B.e.ə 71-ci ildə Roma ilə arasında dostluq və ittifaq əlaqəsi olan Termessos müstəqil olmuş, hətta öz qanunlarını özünün yerinə yetirəcəyi Roma senatı tərəfindən qəbul və təsdiq edilmişdi. B.e.ə 36- b.e.ə 25-ə kimi Qalatyalı Amyntas Pisidia bölgəsinin digər şəhərləri ilə birlikdə Termessosu da idarə etmişdi. Roma imperiyası dövründə isə şəhərin öz müstəqilliyini qoruduğu, həmin zamanlarda kəsdiyi sikkə pullardan bilinirdi. Bizans və sonrakı dövrləri barədə heç bir məlumat yoxdur. Şəhər tərk edildikdən, zəlzələ və təbii hadisələrdən sonra sağlam şəkildə günümüzə gəlib çatıb. Şəhərin qalıqları, Antalya-Korkuteli yolu üstündəki Yenicekahve yaxınlarında yerləşən “ellinizm” dövrü divarları ilə başlayır və Güllük dağı zirvəsinə qədər davam edir. Sağ tərəfdə isə Roma imperatoru Adrian dövründə tikilmiş pillələr və tarixi girişi görmək mümkündür. Su mənbəyinin yerləşdiyi ərazidən cənuba qalxmağa davam etsəniz, birinci mərtəbəsi günümüzə çatmış Gimnaziyaya rast gəlinir. Bir çox otaq və zaldan ibarət olan binanın cənub-qərb tərəfində, arxasında dükanları olan sütunlu bir küçə var. Şəhərin cənub-qərbində, “Yaradanın Evi” olaraq adlandırılan Roma üslubunda bir villanın qalıqları var. Termessosda çoxlu sayda məbəd və məzarlıqlar var. Bunlardan biri də, İsgəndərin dövrünün mühüm komandirlərindən Alketasın məzarıdır. Termessosa aid ən maraqlı əsərlərdən biri də, “Sarkofaqlar salonunda” (Lahitlər Salonu) sərgilənən “İt sarkofaqıdır”. Sahibəsi tərəfindən Stefano adlı bir itə poetik kitabə həsr edilib.