YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kioto

Kioto bir Yapon şəhəridir. Qədim şərq mədəniyyətinin beşiklərindən biridir. Əsası 742-ci ildə qoyulmuş bu şəhər günümüzədək öz tarixiliyini qorumağı bacarıb.

 

Yaponiyada Kinki bölgəsində yerləşən Kioto (yapon dilində "Paytaxtların paytaxtı")  adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın - Tokionun adı alınır. Çox sayda qədim tarixi binaları və məbədləri var. İkinci dünya müharibəsi zamanı şəhər bombardman olunmadığına görə, sayı 1500-dən artıq olan bu məbədlər toxunulmaz qalıb.

 

794-cü ildən 1869-cu ilədək Yaponiyanın paytaxtı, Yaponiya imperatorlarının əsas iqamətgahı olub. Şəhərin qədim adı - Xeyan, Xeyan-kyö (yap. "Sülh və əmin-amanlıq paytaxtı"). Gözəl meyvə bağları ilə məşhur olan Kioto, həmçinin Kiyomizu-dera, Nijō Castle, Daigo-ji, Ginkaku-ji, Kamigamo Shrine və s. məkanları ilə də məşhurdur. Bu ölkənin dörd mindən çox adası var.