YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Lamantinlər

Lamantinlər — dənizdə yaşayan və sualtı bitkilər ilə qidalanan böyük su məməliləridir. Onların çəkisi 400-600 kq qədərdir, uzunluğu isə 3-5 metrə çatır. Mavi-boz rəngdə olur.


Lamantinlər cinsinə daxil olan canlılar Dyoqonlar fəsiləsinin nümayəndələrindən quyruğu və başları ilə fərqlənirlər. Bu canlılar digər məməlilərdən fərqli olaraq daima yeni dişlərinin çıxması ilə fərqlənirlər. Balaları doğularkən 30 kq çəkiyə malik olurlar.


Lamantinlər 4 növə bölünür:
Amazon lamantini (Trichechus inunguis)
Amerika lamantini (Trichechus manatus)
Afrika lamantini (Trichechus senegalensis)
Cırtdan lamantin (Trichechus)


Amerika lamantini əsasən Karib dənizi hövzəsi ərazilərdə yaşayırl Şimali Amerika, Cənubi Amerika və Mərkəzi Amerika sahil boyu ərazilərə yayılmışlar.


Qərbi Afrika sahillərində yaşayan lamantinlər Afrika lamantini, Amazon çayı və Orinoko çayı hövzələrində yaşayanlar isə Amazon lamantini adlandırılır. Vest-Hind adaları və Florida yarımadası ətrafında yaşayan lamantinlər Florida lamantini adlandırılsa da bu canlı Amerika lamantininin yarımnövüdür. Uzunluqları 4,5 metr təşkil edir.


Lamantinlər 6 boyun fəqərəsinə malikdirlər. Halbuki bütün məməlilərdə fəqərələrin sayı yeddidir.


Lamantinlər dayaz suda yaşamağa üstünlük verirlər. Onlar əsasən səhər və axşam qidalanırlar, gündüzlər isə günəş şüaları altında istirahət etmək üçün sahilə üzürlər. Lamantinin suyun altında hərəkət sürəti - 5-8 km / saat təşkil edir.


Lamantinlərin erkəyi 9-10 yaşda, dişisi isə 4-5 yaşında cinsi yetkinliyə çatır. Hamiləlik 12-14 ay davam edir. Yeni doğulmuş bala orta hesabla 30 kq çəkidə olur və uzunluğu 1 m-ə çatır. Ana-lamantin, körpənin doğumdan dişləri olduğu və həyatının 3-cü həftəsindən müstəqil olaraq yeyə biləcəyi təqdirdə, körpəni təxminən 18 ay südlə qidalanmasını təmin edir. Yetkin lamantin balasına çox bağlı olan heyvandır.


Təxminən 60 il yaşayırlar.