YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qiyasbəyli Mədinə

Mədinə xanım Qiyasbəyli 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində Mehdi ağa Vəkilovun ailəsində dünyaya gəlib. Mədinə xanım ilk təhsilini evdə valideynlərindən almış, sonra Tiflisdə “Müqəddəs Nina” qız məktəbində oxumuşdur. Təhsilini əla qiymətlərlə başa vuran Mədinə xanım kənddə qızlar üçün məktəb açmaq qərarına gəlib.

 

Camaat qızlarını Mədinə xanımın məktəbinə verməyə cəsarət etmirdi. Bunu görən gənc Mədinə işə yaxın qohumlarının uşaqlarından başlayır. Əlbəttə ki, uğur qazanır. Yavaş-yavaş uşaqların sayı 30-a çatır.
Müəyyən müddətdən sonra Mədinə xanım Qazaxda Xalq məktəbləri inspektoru təyin edilir və maarif işlərinin genişlənməsi üçün əlindən gələni əsirgəmir. Bacarığı və savadı onu tezliklə tanıdır. Bakıya köçən Mədinə xanım 1920-ci ilin martında burada savad kursunun açılmasına nail olub.

 

Salahlıda ilk kənd qız məktəbi formalaşır. Məktəbdə türk dili, hesab, təbiətşünaslıq, rus dili fənləri ilə yanaşı, musiqi dərsləri də tədris olunurdu.Bakıya köçəndən sonra burada yaşadığı mənzildə kurslar təşkil etmişdir. Sonra azərbaycanlı qızlar üçün Darülmüəllimat-qız məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqoji təhsil ocağını yaratmışdır. Sonra Bakıda orta məktəblərdə, Kənd Təsərrüfatı İnstitutunda müəllimlik etmişdir. "Şərq qadını" jurnalının yaradıcılarından biri kimi savadsızlığa qarşı mübarizəyə qoşulmuşdur. Onun təşəbbüsü ilə Türk respublikaları arasında ilk qadın müəllimələr seminariyasının əsası qoyulmuşdur.

 

Tərcüməçilik fəaliyyəti ilə ardıcıl məşğul olmuşdur. Səməd Vurğun A.S.Puşkinin "Yevgeni Onegin" mənzum romanının poetik tərcüməsi üzərində çalışarkən onun tövsiyələrinə qayğı ilə yanaşmışdır. Rus oxucuları onun tərcüməsi ilə M.S.Ordubadinin "Dumanlı Təbriz", Əbülhəsənin "Yoxuşlar" romanı ilə tanış olmuşlar. Mədinə xanım Qiyasbəyli 1936-cı ilin dekabrında həbs olunmuş, iki ildən sonra güllələnmişdir. Ölümündən iki il sonra bəraət almışdır.