YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kaftar

Kaftar - yırtıcı məməli heyvan növüdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. 

 

Bədəninin uzunluğu 110-120 sm, quyruğunun uzunluğu isə 30 sm- dir. Kütləsi 30-39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulaqları böyükdür. Çənəsi çox güclü və itidir.

 
Yaşayış yerləri əsasən alçaq dağlıq ərazilər, təpəli düzənliklər, ardıc və saqqız seyrəkmeşəliyi, quraq yüksəkdağ yaylalarıdır. Əsasən ölü heyvan cəsədləri, digər yırtıcıların qida qalıqları, heyvandarlıq təsərrüfatlarının tullantıları ilə qidalanır.
 
 
Kaftarlar saatlarla öz şikarını qovub onu əldən sala bilirlər. Öz sürətləri  saatda 65 km-dir. Dişi kaftarlar erkəklərdən daha böyük və aqressiv olurlar.
 
 
Zolaqlı kaftarın 1 - 4, adətən 3 balası olur, uzun müddət ana südü ilə qidalanırlar. Ailə şəklində yaşayırlar. Bala kaftarlar gözləri açıq, artıq tam formalaşmış dişlərlə dünyaya gəlirlər. 
 
 
Vəhşi təbiətdə kaftarın üç növü qeydə alınmışdır: Xallı kaftar (Crocuta) cinsi, Zolaqlı kaftar (Hyaena) cinsi və Qonur kaftar (Parahyaena) cinsi.