YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Əlincəqala

Əlincəqala Naxçıvanın - Culfa rayonunun  Xanəgah və Əlincə kəndlərinin əhatəsində, Əlincəçayın sağ sahilində  eyniadlı dağın  zirvəsində  yerləşir. Əlincəqala Naxçıvan torpağının memarlıq baxımından ən maraqlı dağ qalalarından biri  sayılır. Naxçıvan şəhərindən  Əlincəqalasına getmək üçün 25 km avtomobillə, təxminən 2 km-də piyada yol  getmək lazımdır.

 

Qala 14 il Teymurləngin qoşunları tərəfindən mühasirədə qalıb. Teymurləng oğlu Miranşah qalaya göndərsə də, o, qalanı ala bilməyib. Əmir Teymur 1386–1401-ci illərdə Əlincəqalaya 4 dəfə yürüş etmişdir. 1387 – 1392-ci illərdə Əlincəqala müdafiəçiləri Teymurun Azərbaycanda olmamasından istifadə edərək, 4 dəfə Təbrizə hücum etmiş və bunların üçündə (1388, 1390, 1391) şəhəri azad edə bilmişlər.

 

"Kitabi-Dədə Qorqud" dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil olunub.